• Tidak ada hasil yang ditemukan

F2 book

N/A
N/A
Protected

Academic year: 2021

Membagikan "F2 book"

Copied!
777
0
0

Teks penuh

(1)

İDARƏETMƏ

UÇOTU

(2)

MÜNDƏRİCAT

BÖLMƏ A

İDARƏETMƏ İNFORMASİYASININ MAHİYYƏTİ, MƏNBƏYİ VƏ MƏQSƏDİ

A1 İdərəetmə uçotu

1

A2 Verilənlərin mənbələri

47

A3 Məsrəflərin təsnifatı

65

A4 Məlumatların təqdim edilməsi

113

BÖLMƏ B

MƏSRƏFLƏRİN UÇOTUNUN TEXNİKİ ÜSULLARI

B1 Mal-material, əmək və qaimə məsrəflərinin uçotu

137

B2 Dolayı məsrəflərin maya dəyərinə bölüşdürülməsi

metodu və marjinal metod

261

B3 İstehsal məsrəfləri uçotunun metodları

293

B4 Alternativ məsrəf hesablamalarının əsasları

389

BÖLMƏ C

BÜDCƏNİN HAZIRLANMASI

C1 Büdcənin hazırlanmasının mahiyyəti və məqsədi

417

C2 Statistik üsullar

437

C3 Büdcənin hazırlanması

511

C4 Dəyişkən büdcə

549

C5 Kapital məsrəfləri büdcəsinin hazırlanması və

diskont pul vəsaitlərinin hərəkəti

563

C6 Büdcə nəzarəti və hesabatı

597

C7 Büdcənin hazırlanmasının davranış aspektləri

609

BÖLMƏ D

NORMATİV MAYA DƏYƏRİ

D1 Normativ maya dəyəri sistemləri

623

D2 Kənarlaşmaların hesablanması və təhlili

631

(3)

MÜNDƏRİCAT

BÖLMƏ E

FƏALİYYƏT NƏTİCƏLƏRİNİN ÖLÇÜLMƏSİ

E1 Fəaliyyət nəticələrinin ölçülməsinə ümumi baxış

689

E2 Fəaliyyət nəticələrinin ölçülməsi – tətbiq olunması

699

E3 Məsrəflərin azaldılması və dəyərin artırılması

747

(4)

: 1 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU

BÖLMƏ -

A

A1

İDARƏETMƏ İNFORMASİYASININ

MAHİYYƏTİ, MƏNBƏYİ VƏ

MƏQSƏDİ

FƏSİL – A1: İDARƏETMƏ UÇOTU

Mövzuya i̇lki̇n baxiş

Nicat ilk iş müsahibəsinə gedəcəyi səhər yatıb qalır. Saat işləmədiyi üçün də səhər saatın zəngi çalmır. Hətta suqızdıran işləmədiyi üçün o, soyuq su ilə yuyunmalı olur. Müsahibəyə vaxtında çatmaq üçün Nicat avtobus əvəzinə taksi ilə getməli olur. Nicat müsahibədən uğurla keçir və işə qəbul olunur.

Bununla belə səhər baş verən bütün bu qarışıqlığın Nicatda yaratdığı həyəcan onu düşünməyə vadar edir. O, gününü planlaşdırmadığı üçün bu cür gözlənilməz hadisələrlə üzləşmişdi. Plan qurmaq həyatın zəruri tələbidir. Əgər Nicat əvvəlcədən saatın və suqızdıranın işləyib-işləmədiyini yoxlasaydı o, günə çox sakit və rahat şəkildə başlaya bilərdi. Eynilə, idarəetmə strukturu da mövcud resurslardan maksimum şəkildə istifadə edə bilmək üçün müəyyən dövr ərzindəki fəaliyyətləri planlaşdırmalıdır. İnformasiya planlaşdırmanın başlıca tərkib hissəsidir. Şirkətin informasiyanı ən yaxşı şəkildə istifadə etməsi üçün informasiya müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Ümumi idarəetmə sisteminin əsas iştirakçılarından biri olan mühasib mövcud verilənlər əsasında məlumat formalaşdırmalı və bu məlumatlar əsasında müvafiq planı tərtib etməlidir. O, maliyyə hesabatları, büdcə, idarəetmə uçotunun hazırlanması və ümumi planlaşdırma, qərarların qəbul edilməsi və nəzarət funksiyalarında iştirakı vacib olan məsələlərə görə məsuliyyət daşıyır.

Bu Fəsildə verilənlərin, məlumatların əsas aspektləri və planlaşdırma, qərarvermə və nəzarətin idarə edilməsi prosesləri tədqiq ediləcəkdir.

Nələri̇ öyrənəcəyi̇k

a) Müəssisə daxilində istehsalat məsrəflərinin və idarəetmə uçotunun məqsəd və rolu. b) Mühasibat uçotunun istehsalat məsrəfləri və idarəetmə uçotu ilə müqayisəsi və

qar-şılaşdırılması.

ç) Planlaşdırma, qərarvermə və nəzarətlə bağlı idarəetmə prosesləri. d) Verilənlərlə məlumatın bir-birindən fərqləndirilməsi.

e) Keyfiyyətli məlumatın xüsusiyyətləri.

ə) İdarəetmə ilə bağlı qərarvermə prosesində təlimatçı qismində çıxış edən idarəetmə informasiyalarına aid məhdudiyyətlər.

(5)

Giriş

Praktiki nümunə

İdarəetmə İnformasiya Sistemi

İdarəetmə sisteminin ən mühüm elementlərindən biri də məlumatların idarə olunmasıdır. Növbəti bölmədə məlumatların düzgün idarə olunmasının müəssisənin uğuru üçün əhəmiyyətli və zəruri bir amil olduğunu görəcəksiniz.

Menecerlər verilənlər toplusunu qəbul edir, onu məlumata (informasiyaya) çevirib biznes fəaliyyətlərində hədəflərinə çatmağa şərait yaradacaq nəticələr əldə edir və müvafiq qərarlar verirlər. Müəssisə üçün məlumat faktoru pul, avadanlıq və işçi qüvvəsi qədər dəyərli və önəmli resursdur. Bu məlumatlar daima yenilənməlidır və bir çox hallarda bu məlumatlar eyni anda bir neçə insana lazım ola bilər. Buna görə məlumat dəqiq, düzgün, yığcam, bütöv, yaxşı təqdim olunan və saxlanıla bilən olmalıdır.

Nəticə etibarilə, məlumatlar müəssisənin uğurlu fəaliyyəti üçün zəruri resurs kimi çıxış edir. Hazırkı dövrdə müəssisələrin böyük əksəriyyətinin işi elektron kompyuter informasiya sistemlərindən asıldır. “İnformasiya İdarəetmə Sistemi” (İİS) terminin mənası kompyuterlərə əsaslanan informasiya sistemi deməkdir. Bununla belə, İİS anlayışı müəssisənin idarəetmə fəaliyyətlərini məlumatla təmin edən bütün sistemləri əhatə edir. Bu məlumatın müəssisə daxilində asanlıqla yayılmasını və əldə edilə bilməsini təmin edən fundamental bir sistemdir. İnformasiya sistemi menecerlərə məlumatı istədikləri şəkildə və istədikləri vaxtda əldə etmək imkanı verən bir mexanizmdir. Bu mexanizm menecerləri qərarvermə zamanı müna-sib məlumatlarla təmin edərək onların işini asanlaşdırır. Kompyuter sistemləri müəssisələrə verilənlərin dəqiq, düzgün təqdim olunan, yenilənmiş və faydalı informasiya şəklində emal olunmasında yaxından yardım göstərir. İnformasiyanın yığcam, münasib, vaxta uyğun və tam olub-olmaması onun emal və seçimində iştirak edən insanların potensialından asılıdır.

_________________________________________________________________________ Nəticə etibarilə, informasiya hər hansı bir biznesin uğurla fəaliyyət göstərməsi üçün səmərəli şəkildə idarə edilməli və nəzarətə ehtiyacı olan bir resursdur. Bu Fəsildə keyfiyyətli məlumat və onun xüsusiyyətləri ilə bağlı anlayışlardan bəhs ediləcək və keyfiyyətli məlumat sistemlərinin plan-laşdırılma, qərarvermə və nəzarət üzrə idarəetmə proseslərinə verdiyi töhvə nümayiş etdiriləcəkdir. 1. Müəssisə daxilində istehsalat məsrəflərinin və idarəetmə uçotunun məqsəd və rolu.

[Nələri öyrənəcəyik–a] 1.1 İdarəetmə informasiya sistemi (İİS)

İdarəetmə informasiya sistemi (İİS) bütün səviyyələr üzrə menecerlərin öz işlərini rahat görə bilməsi üçün müəssisə tərəfindən məlumatları yayma vasitəsidir. Müəssisənin mühasibat sistemləri ümumi idarəetmə sisteminin ayrılmaz hissəsidir. Digər mənbələrdəki verilənləri də nəzərə alaraq maliyyə üzrə verilənlər toplanır və informasiya şəklində təhlil edilir. Bu da öz növbəsində bütün səviyyə və vəzifələr üzrə menecerlərin vaxtında və səmərəli qərarlar qəbul etməsinə şərait yaradır.

Tərif

İnformasiya idarəetmə sistemi planlaşdirma, nəzarət, qərarvermə funksiyalarinin və qərarvermənin təhlil, eləcə də, modelləşdirmə kimi müxtəlif aspektlərinin yerinə yetirilməsi üçün menecerlərə praktik tədbirlərin vacib olduğu xüsusi hallar üzrə hesa-batlar, təhlillər, həmçinin, digər məlumatlarin da daxil olduğu verilənlər və məlumatlari hesabat şəklində təmin edən sistemdir.

_________________________________________________________________________ İdarəetmə informasiya sistemləri bir çox müəssisələrdə menecerlər tərəfindən məlumatların tələbi və yazılı şəkildə olan hesabatların kompyuterləşdirilmiş sistemə daxil edilməsi əsasında formalaşdırılmışdır.

(6)

: 3 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Tarixən mühasibat sistemləri hər hansı bir informasiya sisteminin ən yaxşı şəkildə tənzimlənmiş və təkmilləşdirilmiş hissəsi olub. İİS isə mühasibat məlumatları ilə müqayisədə daha çox məlumatı özündə ehtiva edir. İİS müəssisənin hər bir bölməsində bütün səviyyələr üzrə menecerləri zəruri məlumatlarla təmin etmək üçün mövcud bütün resursları bir yerə yığmaq üçün istifadə edilir. Bu, planlaşdırmanın hər üç səviyyəsində iştirak edən menecerlərə vaxtın-da və səmərəli şəkildə qərar verməyə imkan yaradır.

Nümunə

İşçilər barədə məlumatlar bir çox müxtəlif sənədlərdə qeyd olunur və saxlanılır. Hazırkı dövrdə müəssisələr məlumat sorğusunu praktiki olaraq yerinə yetirə biləcək məlumatlar ba-zası sistemini yaratmağa böyük əhəmiyyət verirlər. Müəssisənin İİS-i istənilən işçiyə məxsus məlumatları məlumatlar bazasından çıxara bilmə imkanı ilə təchiz olunub.

İdarəetmə heyəti işçinin yaşı, qalan xidməti müddəti, işə qəbul olunma tarixi, onun aldığı əməkhaqqının strukturu və ya onun məzuniyyəti ilə əlaqədar bütün məlumatları istənilən anda İİS verilənlər bazasındakı müxtəlif mənbələrdən əldə etmək imkanına malikdir.

_________________________________________________________________________ İri müəssisələr öz sistemlərini ehtiyacları olan məlumatları çox diqqətlə müzakirə edib müəyyənləşdirdikdən sonra qururlar. Planlaşdırılmış sistemlər aydın şəkildə müəyyən olun-muş aşağıdakı məlumatları özündə əks etdirməlidir:

Menecerlər, onların cavabdeh olduqları və nəzarət etdikləri sahələr Müəssisənin öz hədəflərinə çatmasında onların rolu

Hər bir müəyyən olunmuş menecer tərəfindən sorğu ilə bağlı tələb olunan məlumatlar Bu halda İİS-in menecerlərin səlahiyyətlərini və müəssisədəki rollarını bildiyini nəzərə alaraq, sistemi məlumat sorğularını avtomatik olaraq yerinə yetirə bilən xüsusi funksiyalarla təchiz etmək lazımdır.

Nümunə

Transmilli miqyasda fəaliyyət göstərən müəssisə üçün formal olaraq hazırlanmış İİS-də he-sabatları əvvəlcədən hazırlanmış formata əsasən avtomatik olaraq menecerlər üçün tərtib edən funksiyalar mövcud ola bilər. Bu funksiyalar tamamilə menecerlərin məlumat tələblərini qarşılayacaqdır.

Məsələn, satış meneceri müəsisənin satdığı bütün məhsullar cərgəsindən hansı məhsulun daha rentabelli olduğunu bilmək istəyir. Bu halda İİS satış meneceri üçün ən çox gəlir gətirən məhsulun müəyyənləşdirilməsi üçün xüsusi hesabat tərtib edir.

_________________________________________________________________________ Məlumat sisteminin tərkibinə aşağıdakılar daxildir:

Mühasibat uçotu qeydləri – veksel kitabçası, satınalma sifariş kitabı, kassa kitabı Maliyyə hesabatları – mənfəət haqqında müfəssəl hesabat, maliyyə vəziyyəti

haqqın-da hesabat

Mal-materialla bağlı məlumatlar – anbar ledceri, göndəriş qeydləri

Gündəlik və həftəlik istehsal olunmalı məhsullar üzrə hədəflərin qeyd olunduğu isteh-sal cədvəli

İnsan resursları (İşçi heyəti) üzrə qeydlər – işçilərin şəxsi məlumatları və onların vaxt cədvəlləri

Bazar tendensiyaları və istehlakçı gözləntilərinin də daxil olduğu marketinq məlumatları Rəhbərliyin təşkilati hədəflərə nail olması üçün emal olunan məlumatlar

(7)

İCMAL Planlaşdirma Nəzarət Qərarvermə Təhlil Modelləşdirmə İdarəetmə İnformasiya Sistemi

(İİS)

Qeyd olunan məsələlər üzrə menecerləri hesabat, təhlil və digər fomalarda verilənlər və informasiya ilə təmin edir

Planlaşdirmanin bütün səviyyələri üzrə vaxtinda və səmərəli qərar verməyə imkan yaradir

1.1 İstehsalat məsrəflərinin uçotu Tərif

“Əməliyyat, proses, fəaliyyət və ya məhsulların büdcəsi, normativ maya dəyəri (faktiki məsrəflə müqayisəsi) və faktiki məsrəflərinin müəyyənləşdirilməsi; eləcə də, kənarlaşmanın, mənfəətliliyin və ya pul ehtiyatlarının sosial istifadəsinin təhlili” istehsalat məsrəflərinin uçotu adlanır.

İdarəetmə uçotu üzrə Mühasiblər İnstitutunun rəsmi terminologiyasi, 2005 İstehsalat məsrəflərinin uçotu məhsula aid olan bütün gəlir və məsrəflərin hesablanması ilə başlayıb statistik məlumatların hazırlanması ilə bitən, bütün məhsul və xidmətlər üzrə birbaşa və dolayı məsrəflərin uçota alınması və qeyd edilməsi prosesidir. Məsrəflərin hesablanması əsasən məhsul üzrə müvafiq məsrəflərin təyin edilməsi və məhsulla əlaqədar gələcəkdə isti-nad edilə bilən məlumatların yaradılması prosesidir.

Diaqram 1. İstehsalat məsrəflərinin uçotu prosesi

Məsrəflərlə bağli müvafiq məlumatlarin toplanmasi

Bu məlumatlar aşağidaki məsələlər üçün istifadə edilir:

Statistik məlumatlarin hazirlanmasi İdarəetmə hesabatlari

Müxtəlif məsrəf hesablari

Məsrəflərin bölüşdürülməsi və təsisati

Gəlir və xərclərin qeyd edilməsi

İstehsalat məsrəflərinin uçotunun əsas məqsədi idaretmə uçotunda istifadə ediləcək başlıca məlumatların hazırlanmasıdır. Bura aşağıdakı məlumatlar daxildir:

İstehsal olunan məhsulların və ya göstərilən xidmətlərin dəyəri

Məsrəf mərkəzi olaraq qruplaşdırılan fəaliyyət kombinasiyalarının məsrəfi Gəlirlərin toplanması

İstənilən səviyyədə mənfəətlilik

(8)

: 5 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU

Mal-materialın dəyəri Gələcək məsrəflər

Büdcə nəzarəti üçün faktiki və proqnozlaşdırılan məsrəflərin müqayisəsi

İstehsalat məsrəflərinin uçotu sistemlərinə bir çox müəssisələrdə rast gəlmək olar, la-kin bu sistemlər daha çox istehsalat sektorunda təkmilləşdirilir və istifadə edilir. Bu istehsal sənayesinin məsrəflərdən asılılığından və mənfəət marjasının arzuolunan səviyyədə olması üçün istehsalat məsrəflərinin səmərəli şəkildə yoxlanılması və onlara nəzarət olunması ilə bağlı ehtiyacdan irəli gəlir. İstehsalat məsrəflərinin uçotu müəssisənin bütün şöbələrində tətbiq edilə bilər. O, sadəcə xüsusi bir şöbəyə aid edilmir.

Nümunə

Büdcədə proqnozlaşdırılmış (normativ və planlaşdırılmış) məsrəflər üzrə A məhsulu aşağıdakı məsrəf komponentlərindən ibarətdir:

Büdcədə proqnozlaşdirilan

məsrəflərin hesabati Faktiki məsrəfi göstərən hesabat

$ $

Birbaşa material məsrəfləri 7 Birbaşa material məsrəfləri 9

Birbaşa əmək məsrəfləri 5 Birbaşa əmək məsrəfləri 5

Birbaşa aid edilə bilən qaimə məsrəfləri

(qablaşdırma və nəqliyyat məsrəfləri kimi)

3

Birbaşa aid edilə bilən qaimə məsrəfləri

(qablaşdırma və nəqliyyat məsrəfləri kimi)

3

İstehsal ilə bağlı qaimə məsrəfləri 3 İstehsal ilə bağlı qaimə məsrəfləri 4 İnzibati qaimə məsrəfləri 2 İnzibati qaimə məsrəfləri 2 Satış və paylama ilə bağlı qaimə

məsrəfləri 2 Satış və paylama ilə bağlı qaimə məsrəfləri 2

Ümumi 22 Ümumi 25

Hər iki sütunu müqayisə edərkən biz görə bilərik ki, büdcədə proqnozlaşdırılan məsrəflərlə faktiki məsrəflər fərqlənir və məhz bu nümunəyə əsasən faktiki məsrəflərin ümumi cəmi büdcə xərclərindən 3$ çoxdur.

İCMAL

İstehsalat məsrəflərinin uçotu

Məhsul / xidmətlər üzrə bütün aid edilə bilən və bölüşdürülə bilən məsrəflərin

uçotu / qeydiyyati prosesi

Müəssisədəki bütün sahələrdə tətbiq edilə bilər

Burada məqsəd idarəetmə uçotunda istifadə ediləcək başlica verilənlərin yaradilmasidir

1.3 İdarəetmə uçotu aşağıda göstərilən məsələlərdə istifadə ediləcək “məlumatların təyin edilməsi, təqdim edilməsi və mənasının izah edilməsi ilə məşğul olan idarəetmənin ayrılmaz bir hissəsidir.”

a) Strategiyanın qurulması. Məs: məişət texnikası, geyim və s. Kimi biznes sahələrində fəaliyyəti genişləndirmək məqsədilə mövcud mənbələri təhlil edərək əldə edilən məlumat.

(9)

b) Fəaliyyətlərin planlaşdırılması və onlara nəzarət. Məs: istehsalın planlaşdırılması üçün bazardakı tələb və nəzarət məqsədilə verilən faktiki istehsal üzrə məhsul vahidləri ilə bağlı məlumat.

c) Qərarvermə. Məs: məhsul istehsalı həcmi ilə bağlı qərar vermək üçün əlverişli mənbələrdən əldə edilən məlumat.

ç) Mövcud resursların ən uyğun şəkildə istifadə edilməsi. Məs: mebel istehsalında mis-mar yerinə yapışqandan isitifadə edilməsi kimi hər hansı materialın əvəzləyiciləri barədə məlumata malik olaraq məsrəfləri azaltmaq.

d) Maraqlı tərəflərə və müəssisə ilə əlaqəsi olmayan digər kənar şəxslərə müəssisə haqqın-da məlumatın verilməsi. Məs: kənar tərəflərə müəssisənin fəaliyyəti üzrə mövcud gəlirlər və gələcək biznes planları barədə məlumat.

e) İşçilərin məlumatlandırılması. Məs: ödəniş strukturuna yenidən baxılması, gələcək inkişaf miqyası və işçilərin işləyə və vəzifələrini artıra biləcəyi müəssisədaxili yeni iş sahələri barədə məlumatlar.

ə) Aktivlərin mühafizə edilməsi. Məs: aktivlərin siğorta xərcləri, onların işlənib sıradan çıx-ması və köhnəlməsi barədə məlumat.

Konsepsiyada müəssisənin məqsədlərinə nail olması üçün strategiyanın qurulmasında idarəetmə prosesinə yardım göstərəcək müvafiq metod və anlayışların tətbiqi nəzərdə tutulub. İdarəetmə uçotunda istifadə edilən məlumatlar onların əvvəlcədən nəzərdə tutulan məqsədlərinə xidmət etməlidir. Müvafiq metod və ya anlayış mühasibatın digər sahələrindən və ya riyaziyyat və iqtisadiyyat kimi fənnlərdən əldə edilsə də, bunlardan idarəetmə uçotu məqsədləri üçün də istifadə edilə bilər.

Nümunə

Statistik proqnozlar istehsal qrafikinin planlaşdırılmasında istifadə edilir. Fərz edin ki, son bir neçə il ərzində satış aşağıda göstərilən cədvəldəki kimi olmuşdur:

İl Satiş həcmi

1 2.000

2 2.500

3 2.700

İllik satışlar üzrə artan tendensiyanı görmək mümkündür. Məsələn, trendlərin təhlili kimi sta-tistik üsullardan istifadə edərək ehtimal olunan gələcək satış göstərciləri barədə məlumat əldə etmək olar. Yuxarıda göstərilənlərə əsasən əgər gələcəkdəki satış həcminin 3.000 vahid olacağı müəyyənləşdirilibsə, o halda müəssisə proqnazlaşdırılmış tələbi yerinə yetirə bilmək üçün öz istehsalını proqnozlaşdırılmış satış rəqəmlərinə əsasən planlaşdıracaqdır.

_________________________________________________________________________ İdarəetmə uçotu üzrə mühasib əldə edilən verilənləri təhlil edir və daha sonra bu təhlildən xü-susi problemlərlə, qərarlarla və gündəlik idarəetmə tapşırıqları ilə əlaqəli məsələlərin həllində istifadə edir. O, bütün idarəetmə qərarlarını nəzərdən keçirir və bu qərarların müəssisənin məqsədinə çatmaqda nə qədər faydalı olduğunu müəyyənləşdirmək üçün onları menecerlərin perpesktivindən təhlil edir.

(10)

: 7 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Diaqram 2: İstehsalat məsrəflərinin və idarəetmə uçotunun əhəmiyyəti

İdarəetmə uçotu üzrə mühasib istehsalat məsrəflərinin uçot sistemindən topladiği verilənlərdən idarəetmə ilə bağli qərarvermə sistemini məlumatla təmin etmək

üçün istifadə edir.

İstehsalat məsrəflərinin uçotu idarəetmə uçotunun struktur elementini

təşkil edir. İstehsalat məsrəflərinin uçotu:

Material, əmək və qaimə məsrəflərinin qeyd edilməsi Münasib qruplarda toplamaq Büdcə nəzarəti Qiymətin müəyyənləşdirilməsi Mənfəətlilik Gələcək məsrəflər Gələcək məsrəflər İdarəetmə uçotu: Məsrəflərlə bağli verilənlər əsasinda münasib məlumatlarin

tərtib edilməsi

Nümunə

Bu Fəslin əvvəlində istehsalat məsrəfləri üzrə mühasibin A məhsulu ilə bağlı bütün məsrəfləri, yəni həm büdcədə proqnozlaşdırılmış (normativ, planlaşdırılmış), həm də faktiki məsrəfləri necə qeyd etdiyi göstərilmişdi. Bu verilənlərə əsasən idarəetmə uçotu üzrə mühasib aşağıdakı cədvəli tərtib edə bilər:

A məhsulu proqnozlaşdirilan Büdcədə məsrəf ($) Faktiki məsrəf ($) Büdcədən kənarlaşma ($)

Birbaşa material məsrəfləri 7 9 2 (mənfi)*

Birbaşa əmək məsrəfləri 5 5

Birbaşa aid edilə bilən qaimə

məsrəfləri 3 3

İstehsal ilə bağlı qaimə məsrəfləri 3 4 1 (mənfi)

İnzibati qaimə məsrəfləri 2 2

Satış və paylama ilə bağlı qaimə

məsrəfləri 2 2

22 25 3 (mənfi)

* – “Mənfi” kənarlaşma əlavə məsrəfin yarandığını ifadə edir.

Yuxarıdakı məlumatlara əsasən biz görə bilərik ki, müəssisənin maksimal mənfəət əldə etməsi üçün birbaşa material və avadanlıqla bağlı qaimə məsrəfləri ilə əlaqədar əlavə təhlilə ehtiyac var.

Məsələnin tədqiqi nəticəsində birbaşa materialdan həddindən artıq istifadə olunduğunu ya da materialın baha başa gəldiyi aşkar ediləcəkdir. Hər iki halda da müvafiq şöbə məlumatlandırıla (istehsal və ya satınalma şöbəsi) və düzəliş üçün yeni tədbirlərə müraciət edilə bilər. Texni-ki qulluq şöbəsi istehsalla bağlı qaimə məsrəflərində hansı miqdarda artıq xərcləmə olduğu barədə məlumatlandırılacaq və məsələnin araşdırılması üçün müvafiq tapşırıq veriləcəkdir.

(11)

1.4 Müəssisənin idarəetmə informasiya sistemində (İİS) istehsalat məsrəfləri və idarəetmə uçotunun məqsədi və rolu

İstehsalat məsrəflərinin uçotu məsrəflərin qeydiyyatından və onların mal-material, əmtəə və xidmətlərə tətbiq edilməsindən ibarətdir. İdarəetmə uçotu isə bu və digər maliyyə verilənlərindən istifadə edərək məlumatın əldə edilməsini təmin edir. İİS kompyuter avadanlıq və proqramları vasitəsilə müəssisədəki verilənlər bazasını idarəetmədə istifadə ediləcək məlumata çevirir. Bununla İİS-nin istehsalat məsrəflərinin və idarəetmə uçotu olmadan natamam qalacağını deyə bilərik. Onların hər ikisinin əhəmiyyəti barəsində aşağıda geniş şəkildə bəhs ediləcəkdir. Məqsəd

a) Məsrəflərin bölüşdürülməsi Nümunə

Qaimə məsrəflərinin ümumi cəmi olan 10.000$ həmin məsrəfin yarandığı şöbələr üzrə bölüşdürüləcəkdir. Məsələn, bölüşdürmə nəticəsində istehsal şöbəsinə 5.000$, paylama şöbəsinə 3.000$ və marketinq şöbəsinə də 2.000$ düşəcək.

_________________________________________________________________________ b) Belə məsrəflərin münasib qruplarda toplanması

Nümunə

Bölüşdürülən məsrəflər istehsal ilə bağlı qaimə məsrəfləri, satışla bağlı qaimə məsrəfləri və sairə kimi qruplara bölünür.

_________________________________________________________________________ c) Mal-material ehtiyatı, əmtəə və xidmətlərə bu kimi məsrəflərin tətbiq edilməsi

Nümunə

Dolayı məsrəflərin maya dəyərinə bölüşdürülməsi zamanı qruplaşdırılan məsrəflərə düşən hissə istehsal olunan hər bir məhsul vahidinə görə hesablanır. Məsələn, istehsalla bağlı qaimə məsrəfləri hər bir vahid üzrə tələb olunan işçi saatına əsasən maya dəyərinə bölüşdürülür. _________________________________________________________________________

1. Rolu

a) Aşağıdakıların dəqiq şəkildə müəyyənləşdirilməsi:

əmtəə və xidmətlərin dəyəri (məsələn, istehsal olunan hər bir peçin dəyəri)

müəssisənin məsuliyyət mərkəzinin məsrəfi (məsələn, paylama, marketinq və reklam məsrəflərinin də daxil olduğu satış şöbəsinə aid məsrəflər)

müəsisənin gəliri (məsələn, satış qiyməti 1.000$ olan 10.000 peçin satılması ilə ilin bir rübündə əldə edilən gəlir)

mənfəətlilik (məsələn, satılan 10.000 miqdarda peçin maya dəyərinin 850$ olduğu, satış qiymətinin isə 1.000$ olduğu təqdirdə, gəlirin əldə edilməsi)

uyğun satış qiyməti (məsələn, əldə ediləcək gəlir səviyyəsinə əsasən satış qiymətinin müəyyənləşdirilməsi)

mal-material ehtiyatının qiymətləndirilməsi (məsələn, xammal və hazır məhsul üzrə mal-material ehtiyatlarının dəyərinin müəyyənləşdirilməsi)

gələcək məsrəflər (məsələn, müəssisənin gələcəkdə genişlənməsini və ya istehsal həcmindəki dəyişikliyi nəzərə alaraq gələcək məsrəflərin hesablanması)

b) Faktiki və büdcədə proqnozlaşdırılan (gözlənilən və ya planlaşdırılmış) məsrəflərin müqayisəsinin təhlili.

(12)

: 9 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Nümunə

İstehsal olunmuş 1.000 ədəd peçin faktiki məsrəfi onun planlaşdırılmış məsrəfləri ilə müqayisə edilir. Əgər büdcədə planlaşdırılmış məsrəflər 25.000$ olduğu halda faktiki məsrəflərin cəmi 27.000$ olarsa, onda yaranan əlavə məsrəflərin səbəbi araşdırılmalıdır.

_________________________________________________________________________ c) İdarəetmə heyətinin qərarvermə prosesi üçün ehtiyac duyduğu digər məlumatlar Nümunə

Mətbəx məişət cihazlarının satışı ilə məşğul olan şirkət tərəfindən keçirilən tədqiqatlardan yerli bazarda nə qədər insanın mətbəx cihazlarından istifadə etdiyini göstərən məlumatın əldə edilməsi. Bu məlumat idarəetmə heyətinə gələcəkdə hansı məhsulların istehsal ediləcəyi və nəzərdə tutulan bölgədə satıla biləcəyini müəyyənləşdirmək imkanı verir. İCMAL

Mal-material ehtiyati / əmtəə / xidmətlərə məsrəflərin tətbiqi Məsrəflərin, gəlirin, mənfəətliliyin və s. dəqiq şəkildə müəyyənləşdirilməsi Faktiki və büdcədə proqnozlaşdirilan məsrəflərin müqayisəsinin təhlili

İdarəetmə heyətinin qərarvermə prosesində ehtiyaci olan məlumatlarin təmini

məsrəflərin münasib qruplarda toplanmasi məsrəflərin bölüşdürülməsi

Müəssisənin İİS-də istehsalat məsrəflərinin və idarəetmə uçotunun

məqsədi

rolu

Satişlarin ümumi cəmi Satinalmalarin ümumi cəmi Mal-material ehtiyati üzrə verilənlər İşçi heyəti üzrə verilənlər

Satişlar üzrə verilənlər Marketinq üzrə verilənlər

Mühasibat uçotu İdaretmə uçotu

İstehsalat məsrəflərinin uçotu

Verilənlərin daxil edilməsi

nəticə məlumat

Diaqram 3: İİS-nin fəaliyyəti Nümunə

A Şirkəti yuyucu vasitələrin istehsalı və satışı ilə məşğuldur. A Şirkəti öz müəssisəsinə onu məsrəf təhlili, ümumi fəaliyyətin qiymətləndirilməsi və hər bir yuyucu vasitənin regional məhsuldarlığı kimi qərarvermədə istifadə ediləcək məsrəf, maliyyə və idarəetmə ilə bağlı bü-tün verilənlərlə təmin edən müasir İİS quraşdırır.

(13)

Belə bir mühitdə idarəetmə sistemi məhsullar, bölgələr və xüsusi istehsal dövrlərinə əsaslanan fəaliyyət göstərciləri barəsində öz fikirlərini bildirmək imkanına sahib olacaq. Sistem müxtəlif maliyyə şəraitlərində təhlil, yəni “həssaslıq təhlili” aparmaq üçün verilənlərin istifadəsinə imkan yaradır. Bu təhlil də öz növbəsində aşağıdakı ssenarilərə görə mənfəətlilik səviyyəsinin nə qədər olacağını təxmin etməyə imkan verən məlumatları təmin edir:

Qiymətlər 5% artdığı təqdirdə. Qiymətlər 10% azaldığı təqdirdə. Qiymətlər 5% azaldığı təqdirdə. İnflyasiya 5% artdığı təqdirdə.

Xammalın qiyməti 10% azaldığı təqdirdə.

Müəssisə verdiyi qərarların keyfiyyətindən asılı olaraq uğur əldə edə və ya uğursuzluğa dü-çar ola bilər. Belə ki, qərarların qəbul edilməsi prosesində müraciət edilən informasiya mütləq düzgün, dəqiq, münasib və vaxtında təmin edilən olmalıdır. Əks təqdirdə qəbul edilən qərarlar müəssisənin ümumi məqsədinə çatmaq üçün faydalı olmaya bilər. Şirkətin gələcək üç ayda nə qədər məhsul istehsal olunacağı barədə qərar qəbul etməsi üçün bir sıra məlumatlara ehtiyacı var. Bunun üçün isə onun bazardakı tələb, mal-material ehtiyatı, gələcək üç ayda tələbin nə qədər olacağı, bazardakı rəqiblər və ya bu məhsula oxşar məhsulların satışa çıxarılıb-çıxa-rılmaması və s. barədə məlumatlara ehtiyacı var. Eyni zamanda, şirkət bütün bu məlumatları kvartal başlamamışdan öncə əldə etməlidir ki, məhsulun istehsalını vaxtında yerinə yetirə bilsin. _________________________________________________________________________

Qisa test 1

İdarəetmə İnformasiya Sistemi haqqında aşağıda göstərilənlərdən hansı doğrudur? A İİS-ə kompyuter şəbəkəsi daxildir.

B İİS menecerlərə biznesin planlaşdırılması və idarə edilməsində, müəssisədaxili əməliyyatların aparılmasında kömək edir.

C İİS biznes prosesləri və əməliyyatlarında, qərarvermə və rəqabət strategiyalarında dəstək olur.

D Yalnız B və C bəndi.

_________________________________________________________________________ Qisa test 2

İdarəetmə İnformasiya Sistemi:

A Eyni zamanda, Verilənlər Bazasının İdarəetmə Sistemi adlanır. B Zəruri verilənləri təhlil, emal və istinad edərək təqdim edir. C Verilənləri toplayır, qeyd edir, saxlayır və emal edir. D Yuxarıda göstərilənlərin hamısı.

_________________________________________________________________________ Qisa test 3

İstehsalat məsrəflərinin uçotu nədir və bura nələr daxildir?

A Büdcənin hazırlanması və normativ maya dəyərinin müəyyənləşdirilməsi.

B Əməliyyatlar, proseslər, fəaliyyətlər və məhsulların faktiki məsrəfləri barədə məlumatların toplanması.

C Mənfəətlilik səviyyəsi və kənarlaşma ilə bağlı məlumatların təmin edilməsi. D Yuxarıdakıların hamısı.

(14)

: 11 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Qisa test 4

İdarəetmə uçotu bir konsepsiya kimi aşağıdakı sahələrdən hansını istifadə edir? A Həm istehsalat məsrəflərinin uçotu, həm də mühasibat uçotu sahəsindən. B Nə istehsalat məsrəflərinin uçotu, nə də mühasibat uçotu sahəsindən. C Yalnız istehsalat məsrəflərinin uçotu sahəsindən.

D Yalnız mühasibat uçotu sahəsindən.

_________________________________________________________________________ Qisa test 5

İdarəetmə uçotu üzrə mühasib:

A Məlumatlara əsaslanaraq qərarlar qəbul edir.

B Xüsusi problemlər, qərarlar və gündəlik idarəetmə tapşırıqları ilə bağlı məlumatları təqdim edir.

C İdarəetmə ilə bağlı bütün qərarlara yenidən baxır. D Yuxarıdakılardan heç biri.

_________________________________________________________________________ 2. Mühasibat uçotunun istehsalat məsrəfləri və idarəetmə uçotu ilə müqayisəsi və qarşilaşdirilmasi.

[Nələri öyrənəcəyik–b] İstehsalat məsrəfləri və idarəetmə uçotu haqqında, onların mahiyyəti və əhatə etdikləri sahələr, onlar vasitəsilə tərtib edilən məlumatların növləri və birinin digərinə əsaslanaraq idarəetmə qərarlarının alınmasında istifadə ediləcək gərəkli məlumatları necə təmin edildiyi barədə ümumi anlayışınız var. Bu müəssisənin daxili idarəetməsində istifadə ediləcək maliyyə məlumatlarının hazırlanması prosesidir.

Tərif

Mühasibat uçotu müəyyən müddət ərzində müəssisənin maliyyə vəziyyəti barədə nəticələri təqdim etmək məqsədilə maliyyə əməliyyatlarının toplanması, təsnifatı, qeydiyyatı və yekun icmalın hazırlanmasından ibarətdir.

______________________________________________________________________ Mühasibat uçotu eyni zamanda müəssisə daxili struktura aidiyyatı olmayan müəyyən şəxs və ya təşkilatların istifadəsi üçün maliyyə hesabatlarının hazırlanmasıdır. Bunlara aşağıdakıları aid etmək olar:

Müştərilər Təchizatlçılar Dövlət vergi idarəsi Səhmdarlar Maliyyə təşkilatları

Həm istehsalat məsrəfləri və idarəetmə uçotunda, həm də mühasibat uçotunda istifadə olu-nan başlıca verilənlər eyni olsa da bu iki uçot qrupundan əldə edilən məlumatlar bir-birindən fərqlənir. Buna səbəb isə bu iki uçot sisteminə əsasən verilənlərin təhlili üsulunun tamam fərqli olmasıdır.

(15)

Mühasibat uçotu İstehsalat məsrəfləri və idarəetmə uçotu

Müddət / Tarix

Müəyyən olunmuş müddət – MHMH (Mənfəət və zərər

haqqın-da hesabat) – adətən 1 il. Xüsusi tarix – yuxarıda göstərilən

müəyyən olunmuş müddətin so-nuncu gününə görə hazırlanan maliyyə vəziyyəti haqqında

hesa-bat.

Müvafiq məqsədə əsasən müəyyənləşdirilən müddət. Məsələn, sadəcə ilin iki kvartalını əhatə edən satışla bağlı məlumatlar.

Qanunla müəyyən

edilməsi Qanunla tələb olunur

İdarəetmənin istəyinə əsasən, lakin bəzən məsrəflərin qeyd edilməsi

tövsiyyə edilir.

Format mada və Maliyyə Hesabatı Stan-Qanunla müəyyən olunmuş for-dartlarına uyğun aparılır.

İdarəetmənin seçiminə və informa-siyanın nəzərdə tutulan məqsədinə

əsasən. Məsələn, nəzərdə tutulan hədəfə nail olunub-olunmadığını təhlil etmək üçün son üç həftəyə aid istehsalla bağlı kəmiyyət üzrə

verilənlər.

Nəzərdə tutulur

Bütün rəqəmlər bir yerdə sax-lanılır və bütün müəssisə üçün nəzərdə tutulub. Mühasibat uçot-ları bütün müəssisə üçün bir yerdə

birləşdirilir.

Qərarvermə prosesində istifadə etmək üçün rəqəmlər müvafiq qruplar altında toplanır, məsələn, bir əmtəə və ya xidmətin dəyərinə görə. İdarəetmə uçotunda istiqamət

müəssisə fəaliyyətinin xüsusi sahələri üzrə müəyyən olunur.

Məlumatlarin

növü Bura əsasən pulla ifadə edilən məlumatlar daxildir.

Bura isə pul vəsaiti ilə ifadə edilməyən, maşın saatları, ton və işçilərin iş saatları kimi meyarlarla ifadə edilən məlumatlar daxildir. Məsrəflər isə qeyd edilərkən pul ilə

ifadə edilir.

Faydasi

Bütün biznes aktivlərinin və öhdəliklərinin uçota alınmasını

təmin edir.

Digər müəssisələrlə müqayisənin aparılmasına kömək edir. Mühasibat uçotu keçmiş fəaliyyət

əsasında aparılır və keçmişdəki əməliyyatlar tam təfsilatı ilə

göstərilir.

Qərarvermə prosesinə kömək edir. Hədəf və nəzarətin, bunlarla yanaşı istiqamətin daxili meyarları aşağdakı

kimi müəyyən olunur: - Keçmiş

- İndiki - Gələcək

Nümunə

B Şirkəti keçən ilki satışlardan yüksək mənfəət əldə etmişdir. Həm mühasibat uçotu, həm də idarəetmə uçotu üzrə mühasib bu fəaliyyəti əks etdirmək üçün hesabat tərtib edir.

(16)

: 13 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU 31 mart 2006-ci ildə başa çatan dövr üzrə mənfəət haqqinda müfəssəl hesabat (mənfəət və zərər haqqinda hesabat).

.000$ .000$

Satişlar 1000

Xammal üzrə məsrəflər (300)

Birbaşa əmək məsrəfləri (150)

İstehsal ilə bağlı qaimə məsrəfləri (150) (600)

Məcmu mənfəət 400

İnzibati qaimə məsrəfləri (120)

Satış və paylama ilə bağlı qaimə məsrəfləri (80) (200)

Mənfəət 200

Eyni hesabat informasiyanın idarə edilməsi məqsədilə aşağıda göstərildiyi kimi də tərtib edilə bilər:

A. İdarəetmə informasiya hesabati

Məhsul .000$A .000$B .000$C .000$Cəmi

Birbaşa material məsrəfləri 150 100 50 300

Birbaşa əmək məsrəfləri 50 70 30 150

Əsas məsrəflər 200 170 80 450

İstehsalat ilə bağlı qaimə məsrəfləri 50 70 30 150

Zavod ilə bağli məsrəflər 250 240 110 600

İnzibati qaimə məsrəfləri 40 50 30 120

Hazir məhsulun maya dəyəri 290 290 140 720

Satış və paylama ilə bağlı qaimə məsrəfləri 40 50 15 80

Satışların maya dəyəri (a) 330 315 155 800

Satışlar (b) 400 500 100 1000

Mənfəət / Zərər = (b) – (a) 70 185 (55) 200

Müəssisənin idarəetməsi üçün istehsalat məsrəfləri və idarəetmə uçotunun, mühasibat uçotu-na nisbətən üstünlüklərini aşağıdakı kimi vermək olar.

Mühasibat uçotu üzrə mühasib tərəfindən tərtib edilmiş MHMH-də (mənfəət və zərər haqqında hesabat) ümumi mənfəətlilik səviyyəsi 200.000$ olaraq göstərilmişdir. Bura-dan illik mənfəətin ümumi satışların 20%-i təşkil etdiyini açıq şəkildə görmək olar (200 (mənfəət)/1.000 (ümumi satış) x 100 = 20%). Buna baxmayaraq mənfəət haqqında müfəssəl hesabatda istehsal fəaliyyətinin nəticələri göstərilmədiyindən, bu hesabat idarəetmə ilə bağlı qərarlar alınarkən, ehtiyac duyulan yetərli məlumat deyildir. Digər tərəfdən isə istehsalat məsrəfləri uçotu və idarəetmə uçotu üzrə mühasib

tərəfindən hazırlanan təhlillər idarəetmə üçün daha yararlı sayılır. Bu təhlil ümumi mənfəətə əlavə olaraq hər bir məhsuldan əldə olunan mənfəət faizini göstərir.

(17)

Məhsul % mənfəət / zərər

A 17.50% (70/400 x 100 = 17.5%)

B 37% (185/500 x 100 = 37%) C (zərər) 55% (55/100 x 100 = 55%)

Maliyyə hesabatları məhsul üzrə təhlillərin aparılmasında yararlı olacaq faktları üzə çıxarmır. Bu qısa təhlil isə diqqət yetirilməli olan məsələləri üzə çıxarır. Bundan sonra C-nin mənfəətlilik səviyyəsinin artırılması ilə bağlı lazımi qərarları qəbul etmək idarəetmənin öz əlindədir. Görüləcək tədbirlərə aşağıdakı həll yollarını aid etmək olar:

(i) Satış qiymətinin artırılması (ii) Məsrəflərin azaldılması

_________________________________________________________________________ Qisa test 6

Mühasibat uçotu hesabatlarının formatı idarəetmə tərəfindən müəyyən olunur: A Doğru

B Yanlış

________________________________________________________________________ 3. Verilənlərlə məlumatin bir-birindən fərqləndirilməsi.

[Nələri öyrənəcəyik–e] Verilənlər və məlumat terminləri bəzən bir-birinin yerinə istifadə edilə bilir. Bu qarışıqlığa səbəb olsa da, əslində onlar sinonim deyillər. Verilənlər emal edilməmiş faktlar olduğu halda, məlumatlar verilənlərin emal edilmiş forması hesab edilir.

Tərif

Verilənlər emal edilməmiş məlumatlardır. Verilənlər faktlar, hadisələr və əməliyyatlardan ibarətdir.

_________________________________________________________________________ Tərif

“Məlumat” dedikdə, verilənlərin münasib yekunlaşdırılmış icmal halına salınmış forması nəzərdə tutulur. Texniki olaraq isə məlumat müəyyən bir məqsəd üçün istifadəsi nəzərdə tutul-muş, verilənlərin emal edilmiş formasıdır.

(18)

: 15 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU MƏLUMATLAR VERİLƏNLƏR EMAL OLUNUR

Diaqram 1: Verilənlər və məlumatlar Nümunə

Su filtrlərinin satışı ilə məşğul olan şirkət su filtrlərindən istifadənin nə qədər olduğunu araşdı-raraq müəyyən qədər verilənlər əldə edir. Bu tədqiqatlar onlara bu bölgədə satışın nə qədər ola biləcəyini proqnozlaşdırmağa kömək edəcək. Bu tədqiqat əsasında əldə edilən verilənlər və məlumat aşağıdakılardan ibarətdir:

Verilənlər

Su filtrlərindən istifadə edən şəxslərin sayı. Hər brend üzrə modellərin sayı.

Hər brend üzrə daxil olan şikayətlərin sayı. Məlumat

Su filtrlərindən istifadə edənlər və etməyənlər barədə, buna əlavə olaraq da əhaliyə verilən içməli suyun keyfiyyəti barədə hesabat.

Ən çox hansı brendin istifadə olunduğunu göstərən müqayisəli hesabat. Hər bir brendin fəaliyyətinin göstərildiyi təhlil.

_________________________________________________________________________ Məlumat müəyyən məna daşıdığı halda, verilənlər bu xarakterə malik deyil. Verilənlərin qəbul edən tərəf üçün münasib olub-olmadığından asılı olaraq məlumatlar müəyyən bir şəxs üçün verilən kimi də sayıla bilər.

Nümunə

Menecer satış qiyməti və əldə edilən mənfəətin miqdarı barədə məlumata sahib olsa da, rüb ərzində şirkət tərəfindən xidmət göstərilən müştərilərin sayı barədə məlumat ona nəzərən verilən olaraq hesab edildiyi üçün gələcək gəlirlərin planlaşdırılmasında heç bir faydası olmur. Bununla belə, bu verilənləri müntəzəm olaraq rəhbərliyə hesabat şəklində verən şəxs üçün məlumat hesab edilir.

_________________________________________________________________________ Verilənlər müəyyən struktura, məzmuna malik olmur və qəbul edən şəxs

üçün də münasib olmaya bilər. Verilənlər düzgün qaydada təşkil edildikdən, süzgəcdən keçirildikdən və məzmuna uyğun şəkildə təqdim edildikdən sonra məlumat şəklinə düşür, çünki yalnız bundan sonra bu qəbul edən şəxs üçün müəyyən “məna” kəsb edir.

Nümunə

ABŞ-ın ştatları və oradakı mal-qara sayı emal edilməmiş verilənlər sayılır. Bu verilənlər heç bir quruluşa malik olmadıqları üçün onlardan yararlanmaq mümkün deyil. Əgər biz bu verilənləri bir yerə gətirib təhlil etsək o zaman hansı ştatlarda mal-qara sürülərinin çox olduğunu və hansı

(19)

ştatların əhalini dana əti ilə təchiz etməkdə yüksək potensiala malik olduğunu müəyyənləşdirə bilərik.

_________________________________________________________________________

İCMAL

Verilənlər və məlumatlar arasindaki fərq

emal edilməmiş faktlar və

rəqəmlərdən ibarət olur verilənlərin emal edilmiş formasidir heç bir məzmun və mənaya

malik olmur qəbul edən şəxs üçün “məna” kəsb edir quruluşa malik olmur müəyyən quruluşa malikdir

Verilənlər Məlumatlar

Qisa test 7

Aşağidakilardan hansi məlumata aiddir: A Verilənlərin yekun icmalıdır.

B Verilənlərin növlərə ayrılımış halıdır. C Verilənlərin şərhidir.

D Yuxarıdakıların hamısı.

_________________________________________________________________________ 4. Keyfiyyətli məlumat xüsusiyyətləri.

[Nələri öyrənəcəyik–f] 4.1 Keyfiyyətli məlumatin xüsusiyyətləri

Keyfiyyətli məlumat düzgün planlaşdırmanın təməlini təşkil edir. Düzgün planın qurulma-sı isə bilavasitə əldə olan müvafiq məlumatlardan aqurulma-sılıdır. Keyfiyyətli məlumat aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1. Dəqiq

Məlumatların qeyri-dəqiq olması zəif və yanlış qərar qəbul etməyə gətirib çıxara bilər. Bu-nunla yanaşı, məlumatlar yalnız nəzərdə tutulan məqsədlərə uyğun dəqiq olmalıdırlar. Mü-vafiq məqsədə uyğun olmayan dəqiqlik məlumatın anlaşıqlılığına və işin vaxtında yerinə yetirilməsinə mənfi təsir göstərir.

Nümunə

Şöbə müdiri İR menecerinə üzərində 175 nəfərlik heyətin işlədiyi, təcili olaraq çatdırılmalı olan lahiyə və lahiyənin vaxtında çatdırılması üçün əlavə 25 nəfərə ehtiyac olduğu barədə məlumat verir. Əslində isə lahiyə üzərində 178 nəfər heyət işləyirdi və əlavə olaraq 18 nəfərə ehtiyac var idi. Şöbə müdiri tərəfindən verilən qeyri-dəqiq məlumat əsasında 7 nəfərə görə şirkət əlavə məsrəfə girmiş oldu.

_________________________________________________________________________ 2. Bitkin

Natamam və ya uyğun olmayan məlumatlar əsasında verilən qərarlar yanlış qərarverməyə gətirib çıxara bilər. Natamam məlumatlar bəzi hallarda qərar qəbul edilməsini qeyri-mümkün edir.

(20)

: 17 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Nümunə

Müəyyən bir bölgənin əhalisi barədə verilən natamam məlumata əsasən həmin ərazidə al-koqolsuz içkilərin satışı barədə alınan qərar, içkilərin əksər istifadəçilərinin gənclər olduğu və gənclərin ümumi əhalinin 20%-ni təşkil etməsi barədə məlumat bilmədən verilirsə, bu qərar çox pis nəticələrə gətirib çıxara bilər.

_________________________________________________________________________ 3. Anlaşilan

Məlumatlar aydın və anlaşılan olmaqla yanaşı bunun üçün lazımi keyfiyyətlərə də malik olma-lıdırlar. Məlumat onu qəbul edən şəxs üçün anlaşılan olmalıdır ki, həmin şəxs bu məlumatdan lazımi şəkildə istifadə edə bilsin. Məlumat təqdim edilərkən diqqətlə yoxlanılmalıdır.

Nümunə

Bölgələr üzrə satışlar dairəvi diaqramda yaxşı göstərildiyi halda, illik satışlarla bağlı məlumatlar sütunlu diaqramda daha yaxşı şəkildə təqdim edilə bilər.

_________________________________________________________________________ 4. Münasib

Keyfiyyətli məlumatın ən yaxşı göstəricilərindən biri də onun, tərtib edildiyi işə münasib ol-masıdır. Münasib olmayan məlumatlar oxuyucunun fikirlərini qarışdıra və onu bezdirə bilər. Məlumatı təmin edən şəxslər məlumatın istifadə məqsədinin nə olduğunu bildiklərindən əmin olmalı və yalnız bu məqsədlər üçün lazim olan məlumati təmin etməlidirlər.

Nümunə

A məhsulunun satışı barədə son iki aya aid məlumat tələb olunur. Lakin, təmin olunan məlumat həmin məhsulun keyfiyyətləri, bazara daxilolma və son iki aya aid satış məlumatlarını əhatə edirdi. Verilmiş məlumatların ilk ikisi bu nümunədə tələb edilən məlumatlara uyğun deyildir. Əlavə olaraq verilmiş məlumatlar onları oxuyan şəxsin və onları hazırlayanın vaxtını boş yerə sərf etməsinə səbəb olmuşdur, çünki oxucuya lazım olan ancaq son iki aya aid satış məlumatları idi.

_________________________________________________________________________ 5. Etibarli

İstifadəçi ona təqdim edilən məlumata etibar etməlidir. Başqa sözlə desək, məlumatlar etibarlı mənbələrdən əldə edilərək həqiqətə uyğun olmalıdır. İstifadəçinin məlumata olan etimadını ar-tırmaq üçün onlar sənədlərlə də təsdiq olunmalıdır. İrəli sürülən hər bir fərziyyə aydin şəkildə qeyd edilməlidir.

Nümunə

Müəyyən bir şirkətin “İllik hesabat”ında 20% faiz gəlir əldə edildiyi barədə məlumat verilirsə, bu məlumat auditor tərəfindən möhür və imza ilə təsdiq edilmiş maliyyə hesabatları ilə təfsilatlı şəkildə göstərilməlidir. Bu istifadəçinin maliyə hesabatlarına olan inamını artırır.

Lakin, eyni məlumat şirkətin veb səhifəsində yayımlanarsa, istifadəçilər veb səhifələrə etibarlı mənbə kimi baxmadıqları üçün bu o qədər də inandırıcı olmaz.

(21)

6. Kommunikasiya kanali

Məlumatın təqdim ediləcəyi şəxs və məlumatın məzmunu barədə diqqətli mülahizələrdən son-ra düzgün kommunikasiya üsulu və vasitəsi seçilməlidir. Qeyri-rəsmi məlumatları şifahi şəkildə çatdırmaq mümkün olduğu halda, rəsmi məlumatlar yazılı şəkildə ötürülməlidir.

Nümunə

Geniş kütləni maraqlandıran məlumatlar gündəlik qəzetlər və televizor vasitəsi ilə ötürülür. Gizli məlumatlar və ya hesabatlar isə möhürlənmiş zərfdə saxlanılır və yalnız məlumatı əldə etməli olan şəxsə təqdim edilir. Məsələn, əgər C Şirkətinin rəhbər heyəti əməliyyatları Çin səviyyəsində genişləndirməyin mümkünlüyü barədə olan hesabatın hazırlanmasını məsləhət şurasına tapşırırsa, onda hazırlanmış məlumatlar gizli hesab edilir və yalnız rəhbər heyətinə təqdim edilir.

_________________________________________________________________________ 7. Vaxtinda təmin edilən

Məlumatlar istifadəçiyə lazımi vaxtda çatdırılmalıdır. Məlumatın hazırlanması üçün təyin edilmiş vaxt çərçivəsi qərarvermə prosesinə uyğun müəyyənləşdirilməlidir. Aylıq idarəetmə müşavirəsinin həftəlik məlumata deyil, aylıq məlumata ehtiyacı var.

Nümunə

“Ləzzət çörəkbişirmə” şirkəti öz çörəkbişirmə biznesini son iyirmi ildə uğurla davam etdi-rir. O, həftədə orta hesabla 20.000 ədəd çörək satışı həyata keçietdi-rir. Əgər nə vaxtsa şirkət tələbatı ödəyə bilməsə, onda müştərilər gözləməyəcək və rəqib şirkətin məhsullarına müraciət edəcəklər. Buna görə də şirkət nəzərə almalıdır ki, çörək sayı müəyyən səviyyədən, məsələn, 3.000 ədəddən, aşağı düşəndə yenidən çörək istehsal olunmalıdır. Bu məsələyə diqqət yetirilməməsi tezliklə şirkətin çörək və bütün ehtiyatlarının tükənməsinə gətirib çıxara bilər. _________________________________________________________________________ 8. Səmərəli

Məlumatdan əldə ediləcək fayda onun yaradılması və ötürülməsi üçün çəkilən məsrəfdən çox olmalıdır.

Nümunə

Ofis işçiləri tərəfindən edilən telefon zənglərinin qeydə alınması telefon zənglərinə görə çəkilən xərclərdən çoxdursa, onda bu cür zənglərin qeydə alınmamamsı daha məqsədə uyğundur. Yəni, əgər qeydə alınan zənglərin yoxlanılmasına sərf olunan hər saata görə şöbə müdiri 20$ ödəyirsə və bu iş 3 saata yerinə yetirilirsə, bu zaman bu proses şirkətə 60$-a başa gəlmiş olur. Əgər telefon zəngləri şirkətə 10$-a başa gəlirsə, deməli zənglərin qeydə alınması şirkətin maddi ziyanına gətirib çıxarır.

_________________________________________________________________________ 9.Düzgün şəxslə əlaqə

Müəsissə daxilində hər bir şəxsin özünə məxsus səlahiyyətləri vardır. Buna uyğun olaraq da hər bir şəxs tərəfindən tələb olunan məlumat növləri də bir-birindən fərqlənir. Buna görə də məlumatlar müəyyən edilmiş formada düzgün şəxslərə təqdim edilməlidir. Yanlış şəxsin məlumatla təmin olunması heç bir işə yaramadığı kimi məlumatın gizliliyinin ortadan qalxması ilə nəticələnir.

Nümunə

Şirkətin məhsulunun bazardakı mövqeyi barədə məlumat İR menecerinə deyil, marketinq menecerinə təqdim edilməlidir. Marketinq meneceri bu məlumatın məxfiliyinə görə

(22)

cavabdeh-: 19 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU lik daşıyır. Bu məlumatın İR menecerinə təqdim edilməsi halında məlumatın xaricə sızdırılma və rəqib şirkətlər tərəfindən əldə edilmə ehtimalı yüksəkdir. Bu da rəqib şirkətə eyni planı məlumatın sızdırıldığı şirkətdən əvvəl reallaşdırmaq imkanı yaradacaqdır.

_________________________________________________________________________ 10. Həcm

Münasib məlumat olsa belə, geniş həcmli məlumatın qısa vaxt ərzində oxunulması, anlaşılması və dərk edilməsi qeyri-mümükündür. İnformasiya İdarəetmə Sistemlərinin (İİS) əksəriyyətində istisnalı idarəetmə sistemindən istifadə olunur. İstisnalı informasiya sorğu sistemində hesa-batda ancaq əvvəlcədən planlaşdırılmış parametrlərin həcmini aşan maddələrin göstərilməsi nəzərdə tutulur.

Nümunə

Səyahətlə bağlı xərclərin göstərildiyi qəbzlərin hamısının bu işdən cavabdeh menecer tərəfindən yoxlanılmasına ehtiyac yoxdur. Onlardan yalnız əvvəlcədən müəyyən olunmuş həddi keçən çeklərin hesabatının aparılması zəruri sayılır. Məsələn, sabun istehsalı ilə məşğul olan şirkətin satış heyətinin hər biri üçün nəzərdə tutulan səyahət xərcləri 500$-1000$ məbləğindədir. Bu halda cavabdeh menecer yalnız məbləği 1.000$-dan çox olan və qoyulan məhdudiyyətin nə üçün aşıldığının araşdırılması ilə bağlı olan səyahət xərclərini nəzərdən keçirməlidir.

_________________________________________________________________________ A C C C C C C V T ACCRCCTCCV R Tövsiyyə Dəqiq Bitkin Anlaşilari Münasib

Etibarli Komunikasiya kanali Vxtinda təmin edilən Səmərəli Düzgün şəxslə əlaqə I həcm Keyfiyyətli məlumatin göstəriciləri Qisa test 8

Təmin edilən məlumat aşağıdakı xüsusiyyətlərdən hansına malik olmalıdır? A Bilavasitə əlaqəli olan şəxsə düzgün məlumatı ötürməlidir.

B Məlumatı istifadə edən şəxsi yanıltmamalıdır.

C Məlumatı qəbul edən şəxsin istifadəsi üçün nəzərdə tutulan məlumat olmalıdır. D Yuxarıda qeyd edilənlərinin hamısı.

_________________________________________________________________________ Qisa test 9

Komunikasiya kanalı aşağıdakı hansı səbəbə görə xüsusi əhəmiyyətə malikdir? A O, məlumatın gizliliyinə təsir göstərir.

B O, məlumatın məzmununa təsir göstərir.

C Məlumatın əldə edilməsinə sərf olunan vaxta təsir göstərir. D Məlumatın keyfiyyətinə təsir göstərir.

(23)

Qisa test 10

Keyfiyyətli məlumatı idarəetmə və onu qəbul edən şəxs üçün yararlı edən xüsusiyyətlər han-sılardır?

a) Məlumatın aydın və yığcam şəkildə təqdim edilməsi. b) Məlumatın tam və dəqiq olması.

c) Münasib sayılan istənilən yerdən əldə edilməsi. A (a) və (b)

B (a) və (b) C (b) və (c)

_________________________________________________________________________ 4.2 Keyfiyyətli məlumata təsir göstərən amillər

Keyfiyyətli məlumat yuxarıda da qeyd edildiyi kimi idarəetmənin qərarvermə prosesinin əsasını təşkil edir. Buna görə də məlumat etibar edilən olmalıdır. Yuxarıda qeyd edilənlərdən əlavə bəzi amillər vardır ki, məlumatın idarəetmə heyəti və ya onun müxtəlif istifadəçilərinə çatdı-rılması zamanı onlara da xüsusi diqqət yetirmək lazımdır. Bu barədə aşağıdakı mövzularda ətraflı şəkildə bəhs edilir.

1. Məlumatin mənbəyi

Əvvəlki mövzularda da deyildiyi kimi keyfiyyətli məlumat onu istifadə edən üçün münasib və etibarlı olmalıdır. Bu isə öz növbəsində məlumatın etibarlı mənbələrdən əldə edilməli olduğu anlamına gəlir. İstifadə ediləcək mənbələr istər müəssisənin daxilində, istərsə də xaricində ola bilər. Daxili məbələr öz mənşəyini müəssisənin daxilindən, xarici mənbələr isə öz mənşəyini müəssiənin xaricindən götürür.

Aşağidakilar daxili məlumatlarin mənbəyi sayila bilər: Mühasibat uçotu hesabatları.

Kadrlar haqqında məlumatlar – burada işçilərin sayı, onların vəzifəsi və ödəmə paketləri qeyd edilir.

İstehsal şöbəsi ilə bağlı qeydlər – burada gündəlik istehsal olunmalı məhsul miqdarı barədə qeydlər və illik istehsalın vahidlərlə ifadə edildiyi hesabatlar nəzərdə tutulur. İşçilərin ətraflı şəkildə verilən vaxt cədvəlləri (xüsusilə xidmət sektorundakı

müəssisələrdə).

Aşağidakilar xarici məlumatlarin mənbəyi sayila bilər: Kənar auditorlar tərəfindən təqdim edilən audit rəyləri. Müştəri sifarişləri.

Təchizatçılar tərəfindən verilmiş hesab-fakturalar. Təchizatçılar tərəfindən verilmiş katirovka. Qəzetlər.

(24)

: 21 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU İCMAL

Kadrlar haqqinda məlumatlar

Müştəri sifarişlari

Təchizatçilar tərəfindən verilmiş hesab-faktura Mühasibat uçotu hesabatlari

Məlumat mənbəyi

xarici: mənşəyini müəssisə xaricindən götürür daxili: mənşəyini müəssisə

daxilindən götürür

2. Məlumatin növləri

Keyfiyyətli məlumatın xüsusiyytələrindən biri olan məlumatın münasibliyi onu qəbul edən şəxsə yararlı olması üçün onun doğru növə aid olmasını tələb edir. İdarəetmənin istifadə etdiyi məlumat növləri bunlardır:

a) Maliyyə məlumatlari – Bura məsrəflər, mənfəət, gəlir və xərclər barədə məlumatlar daxildir.

Nümunə

Debitor borcları barədə ümumi məlumat müəssisənin müştərilərindən əldə edilən ümumi pul vəsaitinin miqdarını göstərir və müəssisənin satışı əməliyyatları barədə məlumat əldə etməyə kömək edir. Kreditor borcları barədə ümumi məlumat isə kredit verənlərə ödənməli olan ümu-mi pul vəsaitinin ümu-miqdarını göstərir. Digər ifadəylə müəssisənin kredit təşkilatlarına nə qədər borcu olduğunu öyrənməyə kömək edir.

_________________________________________________________________________ b) Qeyri-maliyyə məlumatlari – Qeyri-maliyyə məlumatları müəssisənin fəaliyyət

göstərdiyi ümumi mühiti haqqında bizə məlumat verir. Bura pul amillərindən başqa insan resursları, müştəri seçimi, bazar tendesiyaları kimi digər bütün amillər daxildir. Nümunə

Yükdaşıyan avtomobilin getdiyi yolun uzunluğu qeyri-maliyyə məlumatı hesab edilir. Bu məlumatı avtomobilin sərf etdiyi yanacaq məsrəfləri barədə məlumat ilə birgə dəyərləndirərək hər kilometrə sərf olunan orta yanacaq məsrəfini müəyyənləşdirə bilərik.

_________________________________________________________________________ c) Qeyri-maliyyə və maliyyə məlumatlarinin hər ikisinin mövcud olduğu məlumatlar

– Bu yuxarıdakı hər iki növün bir yerdə olduğu, qeyri-maliyyə amillərinin pul dəyəri ilə ifadə edildiyi məlumatlardır.

Nümunə

Müştərilərin adları göstərilən siyahıda onların ödəməli olduğu məbləği göstərən məlumat, eyni zamanda hər bir müştərinin nə qədər borcunun olduğunu göstərən məlumatdır. Fərz edək ki, müştərilər tərəfindən ödənilməli olan debitor borcların ümumi məbləği 100.000$-dır və hər bir müştərinin adının qarşısındakı məbləğə baxaraq daha çox hansı müştərinin yüklü miqdarda borcu olduğunu görə bilərik. Məsələn, hər hansı bir müştərinin 25.000$ borcu varsa, onda bu ümumi debitor borclarının 25%-i təşkil edir. Bu isə nəticə etibarı ilə, bizim həmin müştəri barədə əlavə tədbirlər görməli olduğumuz anlamına gəlir.

(25)

3. Verilənlərin qeydiyyati və emal metodu Tərif

Qeydiyyat nəyinsə dəlil kimi, məlumat kimi və ya gələcəkdə istinad ediləcək sənəd kimi daimi olaraq qeydiyyatının aparılması deməkdir.

______________________________________________________________________ Emaletmə

Bir sıra əməliyyatların nəyinsə dəyişməsi və ya saxlanılması üçün həyata keçirilməsi; Kompyuter proqramları vasitəsi ilə elektron verilənlər əsasında əməliyyatların

aparıl-ması;

Müəyyən edilmiş qaydalardan istifadə edərək nə iləsə məşğul olmaq. Nümunə

Qeydiyyat: Əmtəələrin satışı zamanı hesab-fakturalar tərtib olunur. Bütün hesab-fakturaların bir sənəd şəklində göstərildiyi daimi qeydiyyata malik olmaq məqsədilə onlar uçot kitablarında qeydə alınır.

Emal: Yuxarıda göstərilən satışla bağlı qeydlər son altı ay üzrə hər ay həyata keçirilən sa-tışların hesabatının hazırlanması üçün emal edilə bilər. Nəticədə biz bununla debitor borcları barədə yekun icmalı əldə etmiş olacağıq. Bu məlumat vasitəsilə biz uzun müddət ödəniş apar-mayan müştəriləri müəyyənləşdirə bilərik.

______________________________________________________________________ Keyfiyyətli məlumat əldə etmək üçün verilənlər qeydə alınmalı və emal edilməlidir. Müəssisə əməliyyatlarının həyata keçirilməsi üçün münasib və lazimli sayılan bütün məlumatlar daha rahat əldə olunacaq və istinad ediləcək şəkildə, həmçinin, uçot kitabının saxlanılması və maliyyə hesabatlarının hazırlanmasında dəstək göstərəcək şəkildə emal edilməli və saxlanıl-malıdır.

Verilənlərin emalı ya əl ilə, ya da kompyuter vasitəsi ilə həyata keçirilir. Hər iki üsulun özünəməxsus mənfi və müsbət cəhətlərinin olmasına baxmayaraq verilənlərin kompyuter vasitəsi ilə emal edilməsinə daha çox üstünlük verilir. Bugünkü dövrdə müəssisələrə daxil olan və çıxan məlumatların həcmi və mürəkkəbliyini nəzərə alsaq, bu üsulun istifadəsinə rahatlıqla haqq qazandırmaq olar.

Hər iki üsul arasındakı oxşar cəhətlər:

Hər iki sistemi də idarə edən insandır.

Verilənlərin hansı üsulla emal edilməsindən asılı olmayaraq son nəticə eyni olur. Məsələn, məhsullar və onların qiymətlərinin göstərildiyi siyahının əl ilə və ya kompyuterlə hazırlanmasından asılı olmayaraq nəticə eyni olacaqdır (yəni, hər iki üsulda eyni məhsullar və onların özünəməxsus qiymətləri göstəriləcəkdir).

Aşağıdakı cədvəldə onlar arasındakı fərqlər göstərilmişdir:

(26)

: 23 FƏSİL – A1: İDARƏETMƏ UÇOTU Verilənlərin əl ilə emal

edilməsi Verilənlərin kompyuter vasitəsi ilə emal edilməsi

Sürət Asta Sürətli

Dəqiqlik İnsan xətalarına görə daha az vasitələrinə görə daha çoxKompyuterdaxili yoxlama Saxlanilma

formasi Kağız və mürəkkəb (çap edilmiş formada) Elektron (elektron formada) Saxlanilmasi/

İstismari

Asandır, çünki çap edilmiş nüsxələrin istənilən yerdə saxlanılması mümkündür.

Çətindir, çünki viruslarlarla bağlı olaraq məlumatlar korlanma və məhv olma risklərinə meyllidirlər.

Redaktə etmək

Çətindir, çünki əl ilə yazılmış məlumatın redaktə edilərək

qaydaya salınması üçün nəzərəçarpacaq qədər çox

vaxt sərf edilir.

Asandır, çünki elektron formada olan məlumatları dəyişərkən bütün

məlumatların əvvəldən axıra kimi dəyişilməsinə ehtiyac yoxdur.

Həcm

İnsanların böyük həcmli məlumatları idarə edə bilməməsi səbəbindən emal edilmə prosesində məhdudiyyətlər mövcuddur.

Kompyuterin böyük həcmli məlumatları asan və dəqiqliklə

idarə edə bilməsi səbəbindən verilənlər həcmindən asılı olmayaraq rahat və səmərəli üsulla

emal edilir.

Nəticə bir şeyi emal edə bildiyi üçün İnsan beyni eyni anda yalnız sadəcə bir nəticə əldə edilir.

Kompyuter eyni vaxtda bir neçə verilənlər dəstini emal edə bildiyi üçün daha çox nəticə əldə etmək

olur.

Verilənlərin birləşdirilməsi

İnsanların iki sənədi birləşdirərkən daha çox vaxta ehtiyacı olduğu üçün çox vaxt

aparır.

Verilənlər çox asan şəkildə birləşdirilir, çünki kompyuterin uyğun proqramlarında gərəkli olan əmrləri verməklə bu prosesi həyata

keçirmək olar.

Verilənlərin korlanma və ya

pozulma riski

Risk aşağı səviyyədədir, çünki bir dəfə çap edilərək qeydə alınan məlumatlar daimi olaraq

elə də qalır.

Verilənlər kompyuterdə elektron yolla emal edilərək saxlanıldığı

üçün onların virus hücumları nəticəsində silinmə riski yüksəkdir. Məlumatin təqdim edilməsi

Məlumat hesabat formasında təqdim edilir. Hesabatın üç növü vardır:

Qeyri-maliyyə hesabatlari – məruzə, inşa formasında yazılır, məsələn, müəssisənin genişlənmə planını əks etdirən hesabatlar. Burada müəssisənin genişlənməli olduğu və genişləndiyi təqdirdə lahiyənin tətbiqinin müəssisə üçün müsbət cəhətləri və ondan əldə ediləcək gəlirlər barədə hesabat hazırlanır.

Rəqəmli hesabatlar – məlumatların rəqəmlərlə göstərildiyi hesabatlar. Məsələn, əsas məlumatın rəqəmlərlə ifadə edildiyi büdcədə proqnozlaşdırılan satışla faktiki sa-tış arasındakı müqayisə.

Hər iki formanin olduğu hesabatlar – büdcədə proqnozlaşdırılan satışla faktiki satış arasındakı müqayisə ilə birgə bu fərqlərin izahlarının verildiyi hesabatlar.

(27)

Növündən asılı olmayaraq hesabat aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

HESABAT Kimə: Direktorlar şurasina

Kimdən: Şirkət katibəsindən Tarix:

Sənəd İstinad Nömrəsi: Mövzu: Həftəlik istehsal plani

Hesabat mətni

İmza: Şirkət katibəsi

Başlıq (daxili məzmunu ifadə etməlidir) Tarix: hazırlandığı vaxtı göstərir. Gələcək yazışmalarda istifadə ediləcək sənəd nömrəsi. Göndərən və qəbul edən, məsul

şəxslərin adı

Hesabatın etibarlılığını göstərən, hesabatı

hazırlayan şəxsə məxsus ad və imza.

Hesabatin məzmuna uyğun olan istənilən əlavələr hesabat ilə birlikdə verilə bilər. _________________________________________________________________________

Qisa test 11

İstifadəçinin ona təqdim edilən məlumata etibar edə bilməsi üçün məlumat hansı mənbədən əldə edilməlidir:

A Ucuz mənbələrdən B Etibarsız mənbələrdən C Etibarlı mənbələrdən D Yuxarıdakıların heç birindən

_________________________________________________________________________ Qisa test 12

Məlumatın gətirəcəyi fayda onun əldə olunma və ötürülmə məsrəfindən yüksəkdirsə, bu məlumata aşağıdakı xüsusiyyətlərdən hansını aid etmək olar?

A Etik B Sərfəli C Lazımi D Daimi _________________________________________________________________________ Qisa test 13

Məsrəf, mənfəət, gəlir və xərclərlə bağlı detalları özündə əks etdirən məlumat növünə deyilir: A Qeyri-maliyyə məlumatları

B Ümumi məlumat C Maliyyə məlumatları D Xüsusi məlumat

Referensi

Dokumen terkait

mengeluarkan si empunya sehingga ia lupa untuk bersabar dan berserah diri kepada Allah. Baik ar-Rāzi maupun az-Zamakhsyarī memiliki titik perbedaan satu dengan yang lain.

 Dasar Hukum Internasional yang mengatur hubungan internasional adalah terletak pada wewenang negara untuk mengadakan perjanjian internasional, jadi ini adalah

n tehnik dasar memegang, posisi awal, gerak awalan, langkah bekerjasama dengan teman dalam kelompok dan berbagi tempat serta peralatan dengan teman Aspek Psikomotor

KELOMPOK KERJA GURU (KKG) MADRASAH IBTIDAIYAH KECAMATAN GENUK KOTA

Jumlah buta huruf menjadi sekitar 30 juta orang Mulai dirintis program kejar paket A yang. terdiri dari paket A1 A100 Sensus

Kemudian institusi pendidikan Islam (madrasah) pertama dalam arti bahwa madrasah tersebut merupakan fondasi sekaligus sebagai prototype dari kelanjutan sistem pendidikan

Kualitas unjuk kerja suatu sistem refrigerasi dapat dinyatakan dengan suatu angka, COP, yaitu hasil perbandingan antara energi yang diserap dari bahan baku (air laut)

Simpulan di atas didukung oleh fakta bahwa: (1) Beberapa guru PAI mengakui ada nya konsep Islam radikal yang mungkin menyebar di kalangan siswa karena kurangnya