• Tidak ada hasil yang ditemukan

Təlim texnologiyaları

Dalam dokumen Ali mekteb pedaqogikasi-kitab (Halaman 138-145)

Tədris-əyani vəsaitlər təlimdə əyaniliyin ifadəsi kimi geniş tətbiq olunur. Belə vəsaitlərə şəkil, cədvəl, sxem, diaqram və xəritələr, didaktik materiallar ‒ paylama materialları, fərdi tapşırıq vərəqləri (kartoçkalar), dərsliklər, dərs vəsaitləri (müntəxəbatlar, çalışma kitabları, lüğət və məlumat kitabları, atlaslar və s.) daxildir.

Tədris avadanlıqlarına müxtəlif cihaz və qurğular, alət və dəzgahlar daxildir.

Təlimin texniki vasitələrinə maşınlar, elektron resurslar aiddir. Onlar bir neçə qrupa bölünür:

- audovizual vasitələr (tədris kinosu, televiziya, tədris proqramları, videomaqnitafon, kodoskop, epidiaskop, diaproyektorlar);

- səs-texniki vasitələr (radio, maqnitafon, patefon və s.);

- təlim maşınları (EHM-lər, mikrokalkulyatorlar, kompüterlər, displey auditoriyaları, avtomatlaşdırılmış auditoriyalar);

- elektron təlim materialları (videodisklər, videokasetlər, elektron dərsliklər və məlumat kitabları);

- proqramlaşdırılmış təlim vasitələri (proqramlaşdırılmış dərsliklər, siqnal kartoçkaları, perfokartlar və s.).

Təlim vasitələri əyaniliyi qüvvətləndirir, tələbələrin diqqət və fəallığını artırır, təlimin emosional təsirini və fənnə marağı gücləndirir. Müəllim yeri gəldikcə təlim vasitələrindən istifadə etməklə təlimin səmərə və keyfiyyətini yüksəldə bilər.

verir). Hazırda dünya təcrübəsində pedaqoji texnologiyalar geniş tətbiq edilir.

Təlim texnologiyası dedikdə, qarşıya qoyulmuş məqsəd baxımından təlimin təşkili və idarə edilməsinə yönəlmiş əməliyyatlar sistemi başa düşülür. Bu zaman təlimin bütün komponentləri – məqsəddən nəticəyə və onun qiymətləndirilməsinə qədər bir sistem halında götürülür.

Təlim texnologiyası mürəkkəb quruluşa malikdir. Onun aşağıdakı struktur ünsürlərini qeyd etmək olar: təlimin məqsədləri, təhsilin məzmunu, pedaqoji ünsiyyət vasitələri, motivlər, təlim prosesinin təşkili, tələbə-müəllim münasibətləri, təlimin nəticələri (o cümlədən, tələbənin peşə hazırlığı səviyyəsi).

Bu proseslər bir-birilə qarşılıqlı əlaqədə cərəyan edir.

Təlim fexnologiyalarının növləri çoxdur: ənənəvi və fəal təlim texnologiyaları, proqramlaşdırılmış və problemli təlim, inkişafetdirici təlim texnologiyaları, pedaqoji oyun, məsafədən təhsil texnologiyaları və s. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.

Ənənəvi təlim texnologiyası. Burada əsas məqsəd müəllim tərəfindən biliklərin verilməsi və tələbələr tərəfindən yadda saxlanmasından ibarətdir. Mənimsəmədə başlıca yeri hafizə (yaddaş), bərpaedici təfəkkür tutur. Təlimin təşkilində kollektiv, frontal formalardan istifadə olunur. Tələbə (şagird) təlimin obyekti kimi çıxış edir, passiv rol oynayır. Müəllim isə biliklərin ötürücüsü, təlim prosesinin təşkilatçısı kimi çıxış edir. Onun əsas funksiyası informasiya-nəzarət funksiyasıdır. Təlimdə xarici (müəllim tərəfindən) nəzarət əsas yer tutur, tələbənin (şagirdin) özünənəzarəti həyata keçirilmir. Belə təlimin nəticəsində müəyyən həcmdə biliklərə yiyələnmiş təşəbbüssüz, qeyri-fəal şəxsiyyətlər yetişir.

Ənənəvi təlim texnologiyasının əsas quruluş ünsürləri bunlardır: keçmiş mövzunun sorğusu qiymətləndirmə müəllimin izahı möhkəmləndirmə (sual-cavab, kitab üzrə iş, çalışmalar) növbəti məşğələ üçün tapşırığın verilməsi.

Belə təlimdə tələbənin müstəqil və yaradıcı fəaliyyəti üçün imkan məhduddur; böyük həcmdə materialın yadda saxlanması mənimsəməni ağırlaşdırır, təlimdə cansıxıcılıq yaradır.

Proqramlaşdırılmış təlim texnologiyası.

Proqramlaşdırılmış təlim tələbələrin müstəqil fəaliyyətinin xüsusi vasitələrlə (kompüter, dərslik, proqram və s.) idarə olunmasına əsaslanan təlim növüdür. Ənənəvi təlimdən fərqli olaraq burada hər kəs öz fərdi iş tempi ilə irəliləyir. Proqramlaşdırılmış təlimin iki növü ayırd edilir: xətti (və ya düzxətli), şaxəli proqramlaşdırma.

Xətti proqramlaşdırmada tələbənin işi belə bir sxem üzrə gedir:

Mətn 1 Sual Cavab Mətn2 ....

Tələbə mətnin birinci hissəsini («addımını») («Mətn 1») öyrənir, sonra həmin hissəyə aid sual və tapşırıqları («Sual») yerinə yetirir. O, öz cavabını verilmiş düzgün cavabla («Cavab») tutuşdurur. Əgər cavab düz gəlirsə, onda mətnin ikinci hissəsinə («Mətn 2») öyrənməyə keçir. Cavab səhv olduqda tələbə mətnin birinci hissəsinin («Mətn l») üzərinə qayıdır; onu diqqətlə oxuyub, yenidən həmin suallara cavab verir və s. İş əvvəlki qaydada davam etdirilir. Şaxəli proqramlaşdırmada belə ardıcıllıqla gedir:

İzah 1

Mətn 1 Sual Cavab Mətn 2 ...

Tələbə mətnin 1-ci hissəsini («addımını») öyrənib suallara düzgün cavab vermədikdə ona səhvin xarakteri ilə bağlı izahat (İzah 1) verilir. İzahatla tanış olduqdan sonra tələbə əvvəlki suallara yenə yanlış cavab verərsə, ona əlavə izahat (İzah 2) verilir. Düzgün cavab alınanadək iş bu qaydada aparılır. Tələbə suallara düzgün cavab verdikdə mətnin növbəti hissəsini

(«Mətn 2») öyrənməyə keçir.

Proqramlaşdırılmış təlim texnologiyası müəyyən üstünlüklərə malik olsa da (müstəqil iş, fərdi tepm, əks əlaqə, səhvlərlə iş və s.), bu zaman tələbənin zehni fəaliyyətinin gedişi müəllimə aydın olmur; mənimsəmə prosesi lazımınca idarə olunmamış qalır. Buna görə də proqramlaşdırılmış material üzərində tələbinin müstəqil işini müəllimin işi ilə (izah, nəzarət, ümumiləşdirmə, istiqamətləndirmə və s.), habelə başqa texnologiyalarla əlaqələndirmək lazımdır.

Problemli təlim texnologiyası. Problemli təlim hazır informasiyaların verilməsinə əsaslanan ənənəvi təlim texnologiyasından fərqli olaraq elmi biliklərin müstəqil surətdə əldə edilməsini, yəni problem qoyub onun həlli yollarını tapmağı, bilikləri yaradıcı tətbiq etməyi nəzərdə tutur.

Problemli təlimin özünə məxsus texnologiyası vardır. Bu texnologiyanın struktur ünsürlərini sxematik şəkildə belə göstərmək olar:

Problem situasiya

Problem Həllin modeli

Problemin həlli

Nəticə

Problemli təlimdə müəllim problem situasiya (vəziyyət) yaradaraq tələbələri axtarışa cəlb edir: onlar qoyulmuş problemi ya qismən-müəllimin köməkliyi ilə (qismən axtarış metodu), ya da müstəqil şəkildə (tədqiqatçılar metodu) həll edirlər. Ali məktəb

təcrübəsində problemli təlimdən müxtəlif formalarda – mühazirədə problemli şərh, seminar məşğələlərində problemli dialoq, problemin qoyuluşu, laborator və praktik məşğələlərdə tələbələrin qismən axtarış və tədqiqatçılıq fəaliyyətinə cəlb edilməsi və s. istiqamətlərdə istifadə edilir. Problemili təlim tələbələrin elmi idrak metodlarına yiyələnməsinə imkan verir, elmi axtarışları stimullaşdırır.

Fəal təlim texnologiyaları. Fəal təlim tələbələrin zehni və əməli fəallığına, müstəqilliyinə əsaslanan, tədqiqatçılıq və əməkdaşlıq şəraitində həyata keçirilən təlim modelidir. O, tələbəni təlim prosesinin subyektinə, fəal iştirakçısına çevirir. Bu təlim təkcə biliklərin qazanılmasına yox, həm də bacarıq və vərdişlərin formalaşmasına xidmət edir. Fəal təlim texnologiyası özünəməxsus xüsusiyyətlərə malikdir. Buraya daxildir:

motivasiyanın yaradılması, təlimin emosionallığı, fəal diskussiya şəraiti, əməkdaşlıq, problemlərin kollektiv həlli, əks əlaqə, interaktiv metodların geniş tətbiqi.

Fəal təlim texnologiyasının strukturunu sxematik şəkildə nəzərdən keçirək:

Motivasiya problemin

qoyuluşu

Tədqiqat sualı

Tədqiqatın icrası (fərziyyələr)

Kollektiv müzakirə

Nəticə çıxarılması

Fəal təlim texnologiyasında çox müxtəlif interaktiv metodlardan (“beyin həmləsi”, diskussiya, müzakirə, mətn üzrə iş, situativ təhlil, sxem və cədvəllərlə iş, işgüzar rollu oyunlar və s.) istifadə edilir.

Oyun texnologiyaları. Təlim oyunları biliklərin möhkəmləndirilməsi və tətbiqində, tələbələrin zehni inkişafında,

yaxşı vasitə rolunu oynayır. Təlim oyunlarının növləri müxtəlifdir: didaktik oyunlar, işgüzar rollu oyunlar, oyun- tapmacalar, oyun-yarışlar, oyun situasiyalarının yaradılması və s..

Didaktik oyunlar müəyyən didaktik vəzifənin həllinə xidmət edir (sözü, cümləni tamamla; dinməcə oyunu; fiquru, bitkini tap və s.).

İşgüzar rollu oyunlar hər hansı bir problemə müxtəlif mövqedən yanaşmağı tələb edir. Tələbələr bu yolla hadisələrin iştirakçısı olmaq, mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı qazanırlar. Oyun belə bir ardıcıllıqla keçir:

Oyuna hazırlı

q

Rol bölgüs

ü

Təlima

t Oyunun

keçirilməs i

Oyunun müzakirəs

i

Oyun – tapmacalar, oyun-yarışlar təlimdə gərginliyi götürmək, tələbələrin fəaliyyətini canlandırmaq məqsədi güdür.

Məsələn, «Sözü, anlayışı tap» oyun-tapmacasında tələbələr verilmiş əlamətlərə görə müvafiq sözü, anlayışı tapırlar. Məsələn,

«XVI əsrin əvvəli», «Təbriz», «Şah İsmayıl» sözlərinə görə

vərəqin arxasında yazılmış sözü, ifadəni («Səfəvilər dövləti») tapmaqla bağlı müəllim tarixçi tələbələrlə oyun-tapmaca keçirir.

Göstərilən oyun metod və priyomlarından yerinə görə – didaktik məqsəd və vəzifədən, mövzunun xüsusiyyətindən asılı olaraq istifadə edilir.

Distant (məsafədən) təhsil texnologiyaları. Distant təhsil məsafədən təhsilalma forması kimi müasir dövrdə – dünya təhsil sistemində inteqrasiyanın genişləndiyi bir vaxtda mühüm həyati zərurət kəsb edir. Bu sistem insanların təhsil müəssisələrinə getmədən – buna xüsusi vaxt itirmədən yaşayış yerlərində təhsil müəssisələri ilə əlaqə saxlamaqla müstəqil təhsil almasına imkan verir. Distant təhsil müasir telekommunikasiya vasitələrinin

(kompüter, intenrnet, elektron poçt, sputnik, televiziya, radio və s.), habelə baza dərsliklərinin və müxtəlif çap materiallarının köməyi ilə həyata keçirilir. Distant təlim texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan ibarətdir:

- tədris və digər çap materiallarının kompüter

telekommunikasiya vasitəsilə göndərilməsi;

- milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramının translyasiyası;

- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və tələbə arasında sinxron ünsiyyətin yaradılması: bu yolla tələbə və müəllim lazımi informasiyaları (suallar, cavablar, məsləhətlər, kontrol tapşırıqlar, əlavə materiallar) plyonkalara yazmaqla sinxron rejimdə bir-birilə ünsiyyət saxlayırlar;

- video distant təhsilin mühüm vasitəsidir. Tələbə

videoplyonka vasitəsilə müəllimlərin mühazirələrini dinləmək imkanı qazanır. İkitərəfli videokonfrans lazımi informasiya mübadiləsini həyata keçirməyə kömək edir.

Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən kompleks şəkildə istifadə olunur.

Sual və tapşırıqlar

1. Təlim metodlarının bütöv təlim prosesindəki rolunu izah edin.

2. Təlim metodlarının təsnifatı ilə bağlı müxtəlif yanaşmalara münasibətinizi bildirin.

3. Əsas didaktik məqsədlərə görə təlim metodları hansı qruplara bölünür? Hər qrupun məqsədini izah edin.

4. Təsəvvürləri formalaşdıran metodlar hansılardır?

5. Nəzəri biliyin mənimsənilməsində hansı metodlardan istifadə edilir?

6. Hansı metodlarla bacarıq və vərdişləri formalaşdırmaq mümkündür?

7. Təlimdə nəzarət hansı metodlarla həyata keçirilir?

9. İxtisas üzrə bir məşğələni müşahidə edərək müəllimin hansı metodlardan və necə istifadə etdiyini müəyyənləşdirin.

10. Təlim texnologiyalarının metodlardan fərqi nədir? Təlimdə hansı texnologiyalardan istifadə olunur?

VII fəsil Ali məktəbdə təlimin təşkili formaları. Təlimdə nəzarət və qiymətləndirmə

Plan: 1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı. 2.

Mühazirə və ona verilən tələblər.

3. Praktik məşgələlər.

4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı.

5. Tədris və istehsalat təcrübəsi.

6. Kurs və buraxılış işləri. Məsləhətlər. 7. Təlimdə nəzarət və qiymətləndirmə.

1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı

Dalam dokumen Ali mekteb pedaqogikasi-kitab (Halaman 138-145)

Dokumen terkait